Bakıda məşhur şirkətin avtomobili qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, Naximov küçəsində Azərsun-a məxsus ərzaq maşını aşıb. Qəza zamanı avtomobildə sürücüdən başqa, bir nəfər də olub. Xəsarət alan olmayıb. Qəzaya yüksək sürət səbəb olub.

Anar Məmmədov
Milli.Az