Milli.Az CTV-yə (Region TV) istinadən bildirir ki, Cəlilabad rayonunda qoyunlara canavarlar hücum edib. Hadisə rayonun Kazımabad kəndində baş verib.Tövləyə divarı oyaraq soxulan yırtıcılar 7 qoyunu parçalayıb,  1-ni  isə ölümcül yaralayıb. Təsərrüfat sahibinin sözlərinə görə, qoyunların saxlanıldığı tövlənin divarı iki tərəfdən  oyulub. Bu isə bura soxulan yırtıcıların sayının bir neçə olduğunu  göstərir.

Qonşuların köməyi ilə qoyunların cəsədləri ətraf ərazilərdən bir yerə toplanıb. Daha sonra rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən cəsədlər yandırılaraq zərərsizləşdirlib. Sakinlərin sözlərinə görə, son zamanlar canavarların tez-tez kəndin müxtəlif ərazilərində  görünməsi hamını narahat edir.

Qeyd edək ki, bu, kənddə baş verən ilk hadisə deyil. Bir müddət əvvəl də canavarlar Kazımabad kəndində  tövləyə soxularaq 10-dan çox qoyunu parçalamışdı.

Milli.Az