Britaniyanın Kral Elmlər Akademiyasında qalmaqal yaşanır. Ölkənin tanınmış alimlərindən biri, Britaniya Antarktida Xidmətinin (British Antarctic Survey) Cənub Qütbündəki elmi-tədqiqat stansiyasının meneceri Saymon Ruan həbs olunub.
 
Milli.Az The Guardian-a istinadən bildirir ki, 36 yaşlı alim 8 yaşlı qıza təcavüz etməkdə suçlanır.
 
Londondakı Hitrou hava limanında tutulan alim polis idarəsinə aparılıb. Onu ən azı 3 il müddətinə həbs gözləyir.
 
Evində axtarış aparılmış S.Ruanın kompüterində yüzlərlə pedofilik fotolar və videolar aşkarlanıb.

Milli.Az