ABŞ-ın Mayami şəhərində beyin əməliyyatı olunan müğənni İbrahim Tatlısəsin oğlu İdo atasını ziyarət edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin oğlu sosial şəbəkədə paylaşdığı foto ilə “atam yaxşıdır” mesajını ötürüb.

Qeyd edək ki, İ.Tatlısəs əməliyyatdan sonra 6 gün komada qalıb. Müğənninin vəziyyətinin ağır olduğu deyilsə də, daha sonra meneceri bu məlumatı təkzib edən açıqlama ilə çıxış etmişdi.