Parisdə Novruz bayramı qeyd olunub
Paris, 19 mart, AZƏRTAC.
Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü, Parisin V rayonunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı, Avropa- Azərbaycan Cəmiyyətinin, Parisdəki “Azərbaycan evi”nin və “Ulduz” Mədəniyyət Assosiasiyasının dəstəyi ilə martın 18-də meriyanın binasında Novruz bayramı ilə bağlı tədbir keçirilib.
“Azərbaycan evi”nin fəal üzvü Mehri Quliyeva şəkərburanın hazırlanması haqda iştirakçılara məlumat verib.
Tədbirin aparıcısı Novruz bayramının xalqımızın milli bayramı olduğunu, ölkəmizin hər yerində bayram şənliklərinə ciddi hazırlıq görüldüyünü, paxlava, şəkərbura, qoğalla yanaşı, müxtəlif çərəzlərin süfrələrimizi bəzədiyini, təbiətin oyanışından xəbər verən səməninin bolluq rəmzi olduğunu diqqətə çatdırıb.
Parisin beşinci rayonunun meri xanım Florans Bertu rəhbərlik etdiyi qurumun paytaxtın mərkəzində yerləşməsi ilə yanaşı, həm də dostluq və multikilturalizmin mərkəzi olduğunu xüsusi vurğulayıb.
Mifologiya həvəskarı olduğunu bildirən mer X əsrin böyük filosofu əl-Bruninin sözlərinə istinadən Novruzun xalqları yaxınlaşdırdığını, təbiətin oyanışından xəbər verdiyini, bolluq və bərəkət bayramı kimi qeyd edildiyini bildirib.
Bütün azərbaycanlıların sevimli bayramı Novruzun üç min il ərzində qeyd olunduğunu diqqətə çatdıran Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu bayram ənənlərinin zərdüştlükdən təzahür etdiyini, Novruzun yalnız Azərbaycanda deyil, eyni zamanda, bir çox ölkədə təntənə ilə qeyd olunduğunu bildirib. Diplomat Novruz bayramının baharın gəlişinə, təbiətin oyanışına təsadüf etdiyini, müxtəlif adət-ənənələrin yaranmasında mühüm rol oynadığını vurğulayıb.
Novruzun qeyd olunmasına fevralın sonlarında başlandığını və bayramın dörd həftə ərzində davam etdiyini xatırladan səfir martın 21-dən etibarın rəsmən yeni il təqviminin başlandığını, dünyada 300 milyon insanın Novruzu bayram kimi qarşıladığını, onun xalqlar arasında dostluluq əlaqələrinin yaranmasında mühüm rolunu diqqətə çatdırıb. O, dünyanın 15 ölkəsinin, o cümlədən Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərarın qəbul olunduğunu bildirib.
Azərbaycan-Avropa Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri xanım Mari Letisia Kurdən cəmiyyətin Bakıda və Avropanın altı ölkəsində fəaliyyət göstərdiyini söyləyib. O, qurumun əsas məqsədinin Azərbaycan ilə Avropa ölkələri arasında əlaqələrin yaradılmasına, çoxlarına məlum olmayan zəngin mədəniyyətimiz barədə ətraflı məlumat verməyə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda keçiriləcək ilik Avropa Oyunlarının mühüm əhəmiyyət daşıdığını qeyd edən Mari Letisia Kurdən tədbir iştirakçılarını Azərbaycana səfərə çağırıb.
Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosasiyasının sədri deputat Jan-Fransua Mansel tədbirdə çıxış edərək qurum olaraq bütün Fransada həmvətənlərinə Azərbaycan xalqı barədə ətraflı məlumat verməyi qarşılarına məqsəd qoyduqlarını xüsusi vurğulayıb. Apreldə müasir Azərbaycanda qadınların vəziyyəti ilə bağlı konfrans keçirəcəklərini xatırladan deputat Azərbaycanın dünyəvi dövlət olduğunu, bu istiqamətdə qadınların mühüm rol oynadıqlarını, kişilərlə bərabər cəmiyyətdə geniş təmsil olunduqlarını bildirib.
Tədbir iştitakçıları Azərbaycanın tarixi ənənələrini özündə əks etdirən xalçalar və xurcunlar, heybələr, kəlağayılar, qadın və kişi geyimləri, musiqi alətlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə “Bakı ulduzları” rəqs qrupunun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qonaqlara Heydər Əliyev Fondu tərəfindən nəşr olunan, Azərbaycan tarixi, Novruz bayramı, milli musiqisi, qədim adət və ənənələri, mədəniyyəti, zəngin mətbəxi, turizm imkanları və iyun ayında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən broşürlər və kitablar təqdim olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25