Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanın görkəmli şairi Səməd Vurğunun nəvəsi, S.Vurğun Ev Muzeyinin direktoru Aygün Vəkilova dünyasını dəyişib.

Trend-in məlumatına görə, mərhumla vida mərasimi muzeydə keçirilir O, bu gün dəfn olunacaq. A.Vəkilova əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qızıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az