Bərdədə küçədə iki ədəd silah aşkar edilib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Qasımbəyli kəndinin ərazisindən 2 ədəd qumbara, 420 ədəd müxtəlif çaplı patron tapılıb.

Bundan başqa, onun üstündən 1 ədəd “AKM” markalı və 1 ədəd nömrəsi silinmiş “AKS” markalı silahlar olub. Silah və sursatlar götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Mənbə
ANS PRESS