Bayramın ilk günü sulu qar və qar yağacaq
Bayram gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, bayram günü - martın 20-də ölkədə hava şəraiti arabir yağıntılı olacaq.
Bayramın ilk günü dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.