Səməd Vurğunun nəvəsi, şairin ev muzeyinin direktoru Aygün Vəkilova vəfat edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, ev muzeyindən əldə edilən məlumata görə, A.Vəkilova bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Qeyd edək ki, A.Vəkilova xərçəngdən əziyyət çəkirdi.

Mərhumla vida mərasimi bu gün saat 15:30-da ev muzeyində keçiriləcək.