[ 18 Mart 2015 12:55 ]



Bakı. Fuad Cəfərov – APA. Siyəzən sakini yol qəzasında aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 11-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Samir Gülməmmədovun idarə etdiyi “Mercedes” və Siyəzən şəhər sakini Fəttah Haşımovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş F. Həşimov martın 17-də orada ölüb. Baş Dövlət Yol Polisi İdarəsi  tərəfindən araşdırma aparılır.