Bugatti-nin kult modellərindən biri, sözsüz ki, Aerolithe modelidir. Bu model 1935-ci ildə yaradılıb. İlk yarış maşını kimi öz dövrünün böyük kəşflərindən olan bu avtomobil bu gün kolleksiya klassikası statusunu əldə edib. Zərgərlərin məhz bu avtomobilə həsr etdikləri, təbii dəri və qızıl elementləri ilə tamamlanmış eleqant Motore Bugatti Aerolithe 1935 telefonu Bugatti-nin dəbli interyerini xatırladır. Zərgər dəqiqliyi ilə hazırlanmış Bugatti loqotipi isə sizin üstünlüyünüzü nümayiş etdirəcək. Telefonun üzərində "Bugatti Aerolithe-nin 80 illiyi" yazısı həkk olunub. Örtüyü 750 əyarlı qızıldandır.
Caviar zərgərlərinin daha bir əl işi Bugatti Aerolithe 2025 telefonudur. Duqlas Hoqq tərəfindən təqdim edilən avtomobilin futuristik modelini tədqiq edərək yaradılmış bu smartfon güclü, lakin eyni zamanda dəbdəbəli alınıb. Telefon qiymətli rodium metalından hazırlanıb. Onun üzərində Ettore Buqatti imzasını da görmək olar.











Mənbə
Buro247.az