Saatlı rayonunda avtomobil kanala aşıb. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9.00 radələrində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.

İmişli rayonunun Rəsullu kənd sakini, 1981-ci il təvəllüdlü Nizam Alim oğlu Fərəcov “KİA Cerato” markalı avtomobili idarə edərkən yoldan çıxararaq kanala aşırıb.

Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az