Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsi katibliyinin üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Du Tsinlin Pekində Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin üzvü Əli Həsənovla görüşüb. Bu barədə Trend Sinxua agentliyinə istinadən xəbər verir.

Görüşdə D.Tsinlin bildirib ki, partiyalararası münasibətlər Azərbaycan-Çin əlaqələrinin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, ÇKP iki ölkə arasında münasibətlərin inkişafına təkan vermək üçün YAP-la əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Ə.Həsənov, öz növbəsində, qeyd edib ki, Azərbaycan tərəfi Çinin İpək Yolu iqtisadi zonasının yaradılması təşəbbüsünü dəstəkləyir, eləcə də ÇKP ilə dostluq münasibətlərinin bundan sonra da möhkəmləndirilməsinə hazırdır.

Milli.Az