Türkiyə mətbuatı "Boluspor"da çıxış edən millimizin futbolçusu Vaqif Cavadovu kəskin tənqid edib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, idman yazarı Təkin Aytuqar futbolçumuzun çıxışını pisləyib.
“Boluspor”un transfer siyasətini tənqid edən Aytuqar millimizin hücumçusu haqda da danışıb:
"Bu günə qədər canlı izləmədiyim matçların heç birinə fikir bildirməmişəm. Ancaq "Bucaspor"a verdiyimiz bir xaldan sonra yazdığım yazının altında adı başqa, cismi başqa olan şəxslərin fikirlərini görəndə pis olmamaq mümkün deyildi.
 
Yaxşı, bu həftə nədən yazaq. “Boluspor" çox yaxşı oynadı, "Boluspor" meydanın hər yerində vardı, oyun boyunca yüzlərlə qol imkanları yaratdıq. Baş məşqçimiz oyuna o qədər gözəl müdaxilə etdi ki, oyunçu dəyişikliyi o qədər yerində idi ki, sadəcə meydança futbol oynamaq üçün əlverişli deyildi. Qış fasiləsində aldığımız oyunçular komandaya elə xeyir verdilər ki, bu futbolçuları "Boluspor"a gətirənlərə dərin minnətdarlığımı bildirirəm. Saytlarda "İnter"də oynadığını yazanlar Cavadovun, əslində, Milan deyil, Bakı "İnter"ində çıxış edirmiş. Yaratdığı üç qol fürsətindən ikisində əməyi olan Əmrə Kılıçı çıxarıb, əvəzinə "İnter"li Cavadovu meydana daxil edirsən, sonra da qol olacaq deyə gözləyirsən. Oyunda olduğu 27 dəqiqə ərzində "İnter"li Vaqifi meydançada görən oldumu? Onun üçün ilk dövrədə səfərdə "Dənizlispor"u 3:0 hesabı ilə məğlub etdiyimiz heyətdən indi 9 futbolçu qalıb".

Qeyd edək ki, 25 yaşlı hücumçu qış transfer dönəmidnə "Qaziantep BB"dədən "Boluspor"a keçib.

Milli.Az