Ötən il Amerikada keçirilən oyunların biri hakimin ölümüylə nəticələnmişdi.

ANS PRESS-in məlumatına görə, oyunda kobudluq edən Bassel Saad hakim Con Binevicdən qırmızı vərəqə alacağını təxmin edib. Ədalət təmsilçisinin əlini cibinə apardığını görən futbolçu onun qırmızı vərəqə göstərməsinə imkan verməyib.

Əsəblərini cilovlaya bilməyən Bassel Saad yumruq zərbəsiylə referinin həyatına son qoyub. 44 yaşlı hakimi öldürən futbolçunun işinə baxan istintaq orqanı cinayətlə bağlı qərarını açıqlayıb. Basselə 8 il həbs cəzası elan olunanda məhkəmə salonunda mərhum referinin həyat yoldaşı ərinin qatilinə qırmızı vərəqə göstərib.



Mənbə
ANS PRESS