Amerikalı rejissor Aleks Gibni “Apple” şirkətinin yaradıcısı barədə maraqlı açıqlamalar verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Oskar" mükafatlı rejissor Aleks Gibni “Apple” qurucusu Stiv Cobs haqqında sənədli film çəkib. Filmdə Cobsla yaxın münasibətlərdə olan 50-yə yaxın insan yer alıb.
Dünyanın ən yaxşı sənədli film rejissorlarından sayılan Gibni yeni filminin çəkilişlərindən sonra Cobs haqda fikrinin dəyişdiyini deyib:
“Mən də hamı kimi Stiv Cobsu ixtiraçı kimi bilirdim. İndi Cobsu işçilərini yaxşı motivasiya edən güclü lider və hekayə danışmağı bacaran biri kimi görürəm. Ancaq Cobsun danışdığı hekayələrin çoxsu heç real da deyildi. Filmi izləyənlər nə demək istədiyimi başa düşəcəklər.”
Rejissor “Apple” şirkətinin işçilərinin olduqca kobud və özündənrazı olduqlarını vurğulayıb və filmdə çəkilmək istəmədiklərindən şikayətlənib.
Qeyd edək ki, Aleks Gibni “Scientology” təriqəti barədə çəkdiyi sənədli film ilə çox tənqidlərə tuş gəlmişdi.