Milli.Az islam.az-a istinadən bildirir ki, qızıl bəzək əşyalarından istifadə şəriətə görə kişilərə haramdır. Kişi həm namazda, həm də namazdan kənarda qızıl bəzək əşyası taxa bilməz.

Lakin qadın üçün belə bir məhdudiyyət yoxdur. Qadın istədiyi zaman rahatlıqla qızıl bəzəkdən istifadə edə bilər, o cümlədən, namaz zamanı da.

Diqqət yetirmək lazımdır ki, dəstəmaz alan zaman dəstəmaz üzvlərinin su ilə tam islanmasına bu bəzəklər mane olmamalıdır. Ona görə də dəstəmaz zamanı bəzəkləri çıxarıb kənara qoymaq, dəstəmaz bitdikdən sonra taxmaq olar.

Ya da dəstəmaz alan zaman bəzəkləri tərpətməklə onların altına suyun çatmasını təmin etmək də icazəlidir.

Milli.Az