Gəncə, 17 mart, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Respublika Hərbi Prokurorluğunun əməkdaşı, ədliyyə polkovnik-leytenantı Mehdi Hüseynzadə, Gəncə şəhər hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehdiyev və başqaları çıxış edərək əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, Vətənimizin müdafiəsi işində onlara uğurlar arzulayıblar.
Hərbi xidmətdə fərqlənən bir qrup əsgərə hədiyyələr təqdim olunduqdan sonra Gəncənin incəsənət ustaları geniş proqramla konsert veriblər.