"İrina ölüm kimidir. Biz onların ayrılığından zərər çəkdik. Amma özümüzü ələ alıb həyata davam etmək lazımdır. Onlarda adi cütlük kimi ayrıldılar. İrəli baxmaq lazımdır. Burada qeyri-adi heç nə yoxdur".
Ronaldonun 41 yaşlı bacısı qardaşı ilə İrinanın nə üçün ayrıldığını bilmədiyini deyib. O, ən diqqət çəkən cütlük barədə ətraflı danışmasa da qardaşının subay kimi özünü çox xoşbəxt hiss etdiyini deyib.
Elma Portuqaliyanın Madeyre adasında yaşayır və ailə biznesini idarə edir. Futbolçunun bacısı geyim mağazasının sahibidir.
Xatırladaq ki, rus gözəllə Ronaldonun bir necə il davam edən münasibəti yanvar ayaından bitib. Bir müddət öncə müsahibəsində seksual model Ronaldonun yanında özünü bədbəxt hiss etdiyini demişdi.
"Mənim ideal kişi variantım ədalətli, düzgün, qadınlarla necə münasibət qurması lazım olduğunu bilən alicənab olmalıdır. Mən bizə özümüzü bədbəxt hiss etdirən kişiləri sevmirəm. Düşünürdüm ki, idealımı tapmışam. Amma belə olmadı. Mən özümü təhlükəsiz hiss etmirdim".
Cazibədar model Ronaldonun onu aldatdığını da istisna etməyib.







Mənbə
ANS PRESS