Əməkdar artist Nüşabə Ələsgərlinin stilist Pərviz Mirzəyev haqda fikirləri cavabsız qalmayıb. N.Ələsgərli stilist barədə "Allah onu vurub" demişdi. Lent.az-a açıqlama verən stilist əməkdar artistin cavabını verib: “Nüşabə bu açıqlamanı verməklə öz səviyyəsini göstərib. Mən şou-biznesin zövqsüz müğənnilərinin adını çəkəndə tək onun adını qeyd etməmişəm. Bir çox xanım sənətçilərin adını vurğulamışdım. Şəxsiyyətinə toxunmadan subyektiv fikrimi dedim. Amma Nüşabə xanım mənim şəxsiyyətimə toxundu. O, məni Allah vurmuş sayırsa, “İnstagram” səhifəsində niyə mənim şəkillərimi paylaşıb, altından xoş şərhlər yazır? Mənim barəmdə neqativ fikir söyləməklə öz səviyyəsini göstərir. Səviyyəli müğənni heç bir zaman kiminsə şəxsiyyətinə toxunmaz. Məni təhqir etdiyinə cavab olaraq deyim ki, o, “bozbaş müğənni”dir. İlk təhqir ondan gəldi, mən də ona cavab olaraq bu sözü deməliyəm. Öz fikrimdə yenə də qalıram. Zövqsüz müğənnilər sırasında birinci yerdə odur. Geyim tərzi sıfırdır. Heç kimdən çəkinəcəyim yoxdur”.
Qeyd edək ki, stilist P.Mirzəyev “Gündəlik” verilişə qonaq olan zaman əməkdar artist Nüşabə Ələsgərlini “zövqsüz” adlandırmışdı. N. Ələsgərli isə ona cavab olaraq aznews.az-a bildirmişdi ki, stilist barəsində danışmaq istəmir: “Onu Allah vurub. Allah vuran insan haqqında nə danışım”.