Novruz bayramı günlərində Bakıdan Tbilisiyə əlavə qatarların getməsi nəzərdə tutulubmu?

Milli.Az xəbər verir ki, Day.Az saytının Zaur adlı oxucusu belə bir sual ünvanlayıb. Onun sözlərinə görə, 2014-cü ilin dekabr ayında ailəlikcə qonşu ölkəyə istirahətə getmişdilər. O, bu bayramda da əlavə reysin olub-olmayacağı ilə maraqlanır.

Saytın əməkdaşı məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxlayıb.

"Bakı-Tbilisi xətti üzrə sonuncu dəfə turistik qatar 2014-cü ilin dekabr ayında yola salınıb. bayram günlərində bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilir. Bu səbəbdən də əlavə marşrut açmağı qərara almışdıq", - deyə qurum rəsmisi bildirib.

Novruz bayramında da əlavə qatar olub-olmayacağı barədə sualı isə belə cavablandırıb:

"Turizm şirkətlərindən bizim quruma müraciət daxil olmayıb. Adətən turizm şirkətləri bizə müraciət edirlər. Bu il isə heç kim müraciət etməyib", -  Nadir Əzməmmədov bildirib.

Milli.Az