Müğənni Nadir Qafarzadə doğulduğu kəndin insanlarından şikayət edib.
Axşam.az-ın məlumatına görə, sənətçi onun paxıllığını çəkdiklərini iddia edib:
“Xızının kəndində doğulmuşam. Amma heç vaxt onlardan dəstək görməmişəm. Hətta kəndə gedəndə elə baxırlar ki, elə bil düşmənləri gəlib. Axı, mən sənin pulunla Nadir Qafarzadə olmamışam. Sən kəndin bucağında qaldın. Mən əziyyət çəkib, o vəziyyətdən çıxdım, məşhurlaşdım. Mənim günahım nədir? Onlardan mənəvi dəstək istəyirdim, maddi yox. Mənə xalq dəstək olur, ac deyiləm. Xalq məni dolandırır. Hamısı paxıllıqdan elə edir”.