Çalışdığı şirkətin və işçilərinin 30 milyon avro pulunu mənimsəyib Meksikaya qaçdığı deyilən iş adamı, aktrisa Məryəm Üzərlinin qızının atası Can Atəş haqda yeni bir iddia irəli sürülüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının M.Üzərlinin də 3 milyon lirəsini (təxminən 1 milyon manat) götürərək aradan çıxdığı məlum olub.

Aktrisa rəfiqələrinə qızının atasının adı dələduzluqda hallanmasın deyə hüquqi yola baş vurmadığını söyləyib.