Bakıda dünən gecə saatlarında bir nəfər intihara cəhd edib
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə səhərə yaxın baş verib.

Martın 16-ə saat 04 radələrində Babək prospektində yerləşən "Enigma" barında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Adil Məmmədov özü-özünə qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirib. A.Məmmədov Sutikinti xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan “Qafqazinfo”ya bildirilib ki, hazırda xəstənin vəziyyəti qənaəbəxşdir.

Bir ay öncə isə Daxili İşlər Nazirliyi bu barda fahişəxana aşkarlandığını bildirmişdi. DİN-in bu ilin fevralın 12-də yaydığı məlumatda “Enigma” klubunda əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edildiyi qeyd edilib. “Enigma” klubunda oranın sahibi, Bakı şəhər sakini Arif Nəzərov əxlaqsızlıq yuvası təşkil edib.

Milli.Az