Xalq artisti Flora Kərimova müğənni Elnur Hüseynovun “Eurovision”a qatılmasına münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni təmsilçinin layiqli yer tutacağına əmin olduğunu deyib:

“Çox uğurlu seçimdir. Biz hər şeydə fərqlənmişik. Səs yığımı ilə birinci olmaq sənətkar üçün prestijdir. Elnur da Türkiyədə birinci oldu. “Eurovision”da hər bir ölkə səs verir ki, nümayəndəsi qazansın. Onun qalibiyyətidə bundan asılıdır. Biz də xaricdə yaşayan tanıdıqlarımızdan ona səs verilməsini istəyəcəyik. Elnurun Türkiyədəki çıxışından sonra onu dinləyicinin yadına salıb, tanıtmağa ehtiyac yoxdur. O, özünü tanıtdı. Elnur “Eurovision”da neçənci sırada olsa da, mənə təsir etməyəcək. Onun potensialını bilirəm, səsinin unikallığına bələdəm. Onun diapazonu yönəltmək ustalığı var. Türkiyədə gözəl start götürüb, dünyaya çıxmaq ən çox onun haqqıdır. Səsi ilə dolu yeri belə zənginləşdirəcək ifaçıdır”.