Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Qarsda Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Bu gün Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin təməli qoyulacaq. Qars şəhərində TANAP-ın təməlqoyma mərasiminə son hazırlıq işləri görülüb.

Mərasimdə hər iki ölkənin - Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. İştirak edəcək bəzi dövlət rəsmiləri isə artıq Qars şəhərinə gəlib.
Mənbə
ANS PRESS