“Bir əməkdar artist var, xanımdır. Bütün günü abırdan danışır. Qızı bütün oğlan müğənnilərlə şəkil çəkdirib. O dəfə konsertə gəlib, geyimi bir qarış. Özü də hansısa beynəlxalq müsabiqədə iştirak edib”.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Salam, Azərbaycan” verilişində deyib. Əməkdar artistin adını açıqlamayan aparıcı onu tənqid edib:
 
“Adını demirəm, yəqin, hamı biləcək söhbət kimdən gedir. Bədən görünüşü də məndən beşbetər, nə boyda. Əməkdar artist də bütün gün danışır ki, qadın ismətini qorumalıdır. İstər əməkdar, istər xalq artisti ol, fərq etməz. Qadın insan arasına çıxırsa, abrını saxlamalıdır".

Milli.Az