ANS PRESS-in məlumatına görə, polislər həmin telefonun kamerası vasitəsilə çəkdikləri selfini "bizi tap" mesajı ilə telefon sahibinin Facebook ünvanına göndəriblər.
Amstrerdamın Mərkəzi Dəmir Yolu Vağzalının polis məntəqəsində çalışan qadınlar Facebook-a bunları yazıblar: "Telefonunuzu stansiya yaxınlığındakı küçədə tapmışıq. Telefon stansiyadakı polis məntəqəsindədir. Əgər onu götürmək istəsəniz, bizə zəng vurun".
Qadın polislərin formada çəkdikləri selfi, telefonunu itirmiş şəxsin dostlarında böyük maraq oyadıb. Qadınlardan yeni selfi istəyənlər də var, hətta şam yeməyinə dəvət edənlər də.
MənbəANS PRESS