Türkiyənin məşhur müğənnisi Demet Akalın Azərbaycana gəlir.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Akalın bu barədə rəsmi İnstagram səhifəsində yazıb.

 

Səhifədə fotosunu yerləşdirən müğənni mayın 1-də Bakıda Heydər Əliyev sarayında konsert verəcəyini qeyd edib.

 

Akalın konsertlə bağlı əlavə məlumat verməyib.