Azərbaycan İlham Əliyev noyabrın 13-də Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya), Metyu Brayzanı (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.