Əmman, 16 mart, AZƏRTAC
İordaniyada və regionda geniş oxucu kütləsinə malik “Business intelligence” jurnalında Azərbaycanın İordaniyadakı səfirliyinin əməkdaşı Vüqar Hacıyevin ərəb dilində “Azərbaycan-məftunedici gözəllik” adlı məqaləsi dərc edilib.
Məqalədə Azərbaycanın coğrafi mövqeyi, mədəni-tarixi irsi, iqtisadi potensialı, Azərbaycan-İordaniya dostluq əlaqələri, ölkəmizin regiondakı mövqeyi, qeyri-neft və turizm sahələrinin inkişafı haqqında geniş məlumat verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman