Əsrik kəndinin adı qədim tarixi mənbələrdə 1300 il bundan əvvəl işlədilib. Mənbələrdə buranın kənd olaraq 900 il əvvəl mövcud olduğu təsdiqini tapır. Sonradan Cırdaxan tayfasının bura köçməsi ilə kənd Əsrik-Cırdaxan adlandırılıb.
TTV (Region TV) xəbər verir ki, tarixçilərin sözlərinə görə, Cırdaxan sözü Hülakülərdən qalma bir termindir. Tirə qədim zamanda qohum olan tayfaların qrup halında bir yerdə yaşamasına deyilib. Burada müxtəlif adda tirələrin adı hələ də qalır. Aşpazlı, Cırdaxan, Vəkilli və digər tirələrinin hər birinin öz yaranma tarixi var. Tirələrdə yaşayan sakinlər müxtəlif yerlərdən gəlib burada məskunlaşıblar. Sakinlərin sözlərinə görə, tirələrin əksəriyyətinin adı buraya ilk gələnin adı ilə adlandırılıb. Hazırda kənddə Təpəbaşı, Mahmudlu, Təzəkənd kimi yeni tirələr də yaranmaqdadır.

Milli.Az