Bakı, 16 mart, AZƏRTAC
Latviyada və İspaniyada bədii gimnastika üzrə beynəlxalq turnirlər başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hər il Riqada keçirilən “Baltic Hoop” yarışı Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb. Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, gümüş medalı isə rusiyalı gimnast İrina Annenkova qazanıb. Digər gimnastımız Zeynep Çelep çoxnövçülük və halqa ilə yarışda 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.
Barselonada keçirilən beynəlxalq turnirdə iştirak edən Marina Durunda isə gürzlərlə çıxışda üçüncü yerdə qərarlaşıb.
