Şamaxıda nağara ustası Şöhrət Əliyev 30 ildir ki, bu sənətlə məşğuldur. O, əsasən, bu qədim alətin unudulmaqda olan növlərini hazırlayır. Qəhrəmanımız qoz ağacından hazırlanan və çəkisi 4-5 kq-a çatan bu alətləri hazırlayan azsaylı ustalardan biridir.

Kanal S (Region TV) xəbər verir ki, Şöhrət Əliyev hələ kiçik yaşlarından atası Adil kişidən nağara ifa etməyi öyrənib. Tədricən nağaranı kökləməyin, eləcə də təmirinin sirlərinə yiyələnir. Bu maraq get-gedə artır və nəhayət, o, nağara hazırlamaq həvəsinə düşür. Tədricən bu sahədə peşəkarlığını artıran Şöhrət usta zaman-zaman nağaraya yeniliklər də gətirib. O, alətin ölçü və formasında dəyişiklik edərək bu sahədə yeniliyə imza atıb. Bu alətlərdən biri isə diqqəti xüsusi cəlb edir. Digər nağaralardan fərqli olaraq, iplərə malik olmayan alət bir sıra üstünlüklərə malikdir. İki hissədən ibarət olan nağara heç vaxt kökdən düşmür, daşınması isə daha rahatdır.
 
İndiyədək 500 dən çox müxtəlif formad nağara hazırladığını deyən ustanın sözlərinə görə, bu alətlərə təlabat kifayət qədərdir. Sifarişçilərin əksəriyyətini isə musiqi təhsili alan uşaqlar təşkil edir. Qiymətlərə gəlincə, ən ucuz nağara 30, ən bahalı nağara isə 300 manatdan alıcılara təqdim olnur.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото