“Region TV”də yayımlanan “Sevgi nağılı” verilişinin bu dəfəki qonaqları aktyor Hüseyn Əlili, aktrisa Gültac Əlili cütlüyü olub.
Sevgi hekayələrini tamaşçılarla bölüşən sənətçi cütlük maraqlı açıqlamalarla yadda qalıblar.
Gənc aktrisa Gültac Əlili həyat yoldaşının mənfi xüsusiyyətlərindən danışıb: “Hüseyn çox səbirsiz insandır. İndi düzəlib bir az, əvvəllər lap səbirsiz idi. Həm də çox xoşsifət və mülayimdir. İndiki zamanda bu, yaxşı xüsusiyyət deyil. Ona deyirəm ki, sən belə, mən başqa cür olanda, kənardan baxanlar fikirləşirlər ki, Hüseyn yaxşı adamdır, arvadı yox.
Əslində, o da ürəyində mənim fikirləşdiklərimi fikirləşir. Deyirəm, sən özünü niyə belə xoşsifət göstərirsən? İndiki zamanda, barmağını uzadırsan, əlini aparırlar. Onun mülayimliyindən çox istifadə edən insanlar var”.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.