6 il sonra yeni serialla ekranlara qayıtmağa hazırlaşan müğənni Əmrah baş rolda çəkilmək istədiyi aktrisanın adını açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı ekran işi üçün artıq “Star” kanalı ilə razılıq əldə edib. Serial üçün 13 kiloqram arıqlayan Əmrah ən böyük istəyinin aktrisa Tuba Büyüküstünlə kamera qarşısına keçmək olduğunu söyləyib.

Hazırda Tubanın çəkildiyi “Kara Para Aşk” serialının iyunda başa çatacağı gözlənilir.