Axşam.az “Posta”ya istinadən xəbər verir ki, uzun müddətdir səhhəti ilə bağlı xəstəxanada yatan sənətçinin vəziyyəti ağırlaşdığından onu reanimasiya şöbəsinə yerləşdirməli olublar. Lakin N.Yüksələn nəfəs çatışmazlığından həyatını itirib.
Qeyd edək ki, 1926-cı ildə anadan olan Nazmi Yüksələn ifaçılıqla yanaşı, radioda da işləyib. O, üç filmin dublyaj musiqisini yazıb və 42 ədəd val çıxarıb.
1982-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “Dövlət sənətçisi” fəxri adına layiq görülüb.
