[ 16 Mart 2015 14:27 ]



Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Naxçıvan Muxtar Respublikasında əhalinin sayı açıqlanıb.

 

APA-Economics”in Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, son 1 bir il ərzində Muxtar Respublikanın əhalisinin sayı cüzi artıb.

 

Belə ki, bu ilin fevralın 1-nə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4 425 nəfər və ya 1% artaraq 440 101 nəfər təşkil edib.