ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif ilə bu gün İsveçrədə görüş keçirib.

ANS PRESS-in məlumatına görə, Lozanna şəhərində başlayan görüşdə İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılır. İki həftə sonra İranın nüvə proqramı üzrə sazişin əldə olunması üçün qoyulan son tarix başa çatdığından indiki görüşdə İranın nüvə fəaliyyətini məhdudlaşdırmağa razılıq versə, ona qarşı qoyulan beynəlxalq sanksiyalara son qoyulacaq.

İranın XİN rəhbəri bu həftə Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Rusiyanın və Çinin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.

Xatırladaq ki, ABŞ və İran diplomatları və texniki ekspertləri ötən gün görüşüblər. C.Kerri dünən Misirdə deyib ki, razılaşmanı yubadan texniki deyil, “siyasi” problemlərdir. Vaşinqtonun məqsədi lazım olan sazişi imzalamaqdır. Yekun razılaşma isə iyulun 1-dək imzalanmalıdır.
Mənbə
ANS PRESS