Londonda “Xəzərin işıqları” parladı
Bakı, 16 mart, AZƏRTAC
Londondakı “Guildhall” zalında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə London Kral Simfonik Orkestrinin ifasında “Xəzərin işıqları” (Caspian Lights) adlı Azərbaycan musiqisi konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Buta” İncəsənət Mərkəzi tərəfindən təşkil edilən konsert “Kaspian Korridor” konfransı və Londonda ikinci “Buta” Azərbaycan Mədəniyyəti Festivalı çərçivəsində reallaşıb.
Konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Nurlan Növrəsli (vokal), Selcan Nəsibli (soprano), Nəzrin Rəşidova (skripka), həmçinin RSVP Voices kişi xoru iştirak edib.
Konsert proqramında Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Tofiq Quliyevin “Onu bağışlamaq olarmı?” filmindən “Qəmgin mahnı”, Polad Bülbüloğlunun “Gəl ey səhər” və “Durnalar”, Asəf Zeynallının “Ölkəm”, Oqtay Zülfüqarovun “Bayram uvertürası”, Niyazinin “Qaytağı”, Musa Mirzəyevin əsərlərindən və bir sıra digər musiqilər səsləndirilib.
Bütün konsert Tofiq Quliyev, Niyazi, Rəşid Behbudov kimi korifeylərin konsertlərindən videokadrlar, habelə Azərbaycan filmlərindən kadrlarla müşayiət olunub.
“Buta” İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev tədbir haqda deyib: “Bu gün London tamaşaçılarına tamamilə yeni bir proqram təqdim etdik. Əsərlərin əksəriyyəti ilk dəfə səsləndi. Belə premyeralar Londonun bizim mərkəzimiz üçün xüsusi şəhər - əllidən çox tədbir keçirdiyimiz bir məkan olmasına səbəb olur. Ümidvaram ki, Britaniya paytaxtı sakinlərinin Azərbaycan mədəniyyətinin zənginlikləri ilə tanışlığı davam edəcək. Çalışmalıyıq ki, hər bir konsertimizi “Guildhall” da olduğu kimi tamaşaçılar ayaq üstündə alqışlasınlar. Onda Britaniya sakinləri Azərbaycan musiqisinin bütün sözlə təsvir edilməyən gözəlliyini və dərinliyini layiqincə qiymətləndirə biləcəklər. Azərbaycan Beynəlxalq Bankına bu konsertin təşkilində verdiyi dəstəyə görə ürəkdən minnətdarıq”.
Qeyd edək ki, Londonda Azərbaycan incəsənətinin və mədəniyyətinin geniş təbliğ edilməsinə həsr olunmuş “Buta 2015” festivalı çərçivəsində “Sadler’s Wells” teatrında iki gün Akram Xanın çıxışları olacaq. Akram Xan azərbaycanlı caz pianoçusu Şahin Növrəsli ilə birgə çıxış edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33