Bakı, 16 mart, AZƏRTAC 
Bu ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəliri 3,7 faiz artaraq 618 manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.