Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Lənkəran polisi rayon ərazisində tiryəkxana aşkarlayıb. Şəhər rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səməd Vurğun küçəsi, 72 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş İqbal Səfər oğlu Həsənovun evində tiryəkxana təşkil etməsi məlum olub. 

Aparılan axtarışlar zamanı evdən 31 bükümdə 1,5 qram narkotik vasitə olan heroin, 3 ədəd “Metodon” həbi, heroinin inyeksiya vasitəsi ilə qəbul edilməsi üçün istifadə olunan 46 ədəd şpris, digər ləvazimatlar, o cümlədən 1 ədəd elektron tərəzi və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbiri zamanı İqbal Həsənovun evində narkotik istifadəçiləri olan, əvvəllər eyni əməllərə görə məhkumluq həyatı yaşamış Lənkəran şəhər sakinləri Valeh İsmayıl oğlu Bədəlov, Rövşən Əlişan oğlu Sultanov Elman Mirsadıq oğlu Quliyev aşkarlanaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2 və 238-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az