Bakı, 16 mart, AZƏRTAC 
Cəlilabad şəhərində ümumi sahəsi 252 kvadratmetr olan ikimərtəbəli onotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində dörd nəfər yanıq xəsarəti alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.