Fransa Liqasının 29-cu turunda səfərdə "Bordo"ya uduzan PSJ-nin hücumçusu Zlatan İbrahimoviç maraqlı fikirləri ilə diqqət çəkib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli forvard oyunun hakimlərindən gileylənib.
 
"15 illik futbol karyeramda belə idarəçilik görmədim. Fransa PSJ kimi kluba layiq deyil", - deyə İbrahimoviç bildirib.
 
Qeyd edək ki, "Bordo" - PSJ oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Milli.Az