Bakı, 16 mart, AZƏRTAC
Müğənni Elnarə Xəlilova Türkiyədə məşhur Enbe Orkestrinin müşayiəti ilə konsert verəcək. TRT Avaz televiziya kanalının təşkil etdiyi musiqi axşamı Novruz bayramına həsr olunacaq.
Müğənni AZƏTRAC-a bildirib ki, iki saat davam edəcək konsert martın 21-də TRT Avaz telekanalı ilə canlı yayımlanacaq. Konsertdə ifaçı xalq və klassik Azərbaycan mahnılarını səsləndirəcək.
E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi Kubatla bölüşəcək.