H.Əliyev Mərkəzinin qarşısından gələrək "Ramstor" yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib.

Bunu Milli.Az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirlib.

Bu həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.

Milli.Az