Müğənni Röya Ayxan sənət dostlarını bir araya yığıb, klip çəkdirəcək
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda ifaçı özü xəbər verib:

"Ağlımıza gəldi, etməyə qərar verdik. Hazır olun, mənim sevimli sənət dostlarım. Hamınızı böyük layihədə bir yerdə görmək xoş olacaq. Belə bir klip 2007-ci ildə Kənan M.M-lə çəkmişdik. Tunarla (müğənni Tunar Rəhmanoğlu – red.) mənim duetimin ekran işində".

Qeyd edək ki, “Həsrət nəğməsi” klipində əməkdar artist Abbas Bağırov, İlqar Muradov, Lalə Məmmədova, müğənni ABD Malik, Elmir, rejissor Ülviyyə Könül və Şahin Zəkizadə rol almışdılar.

Milli.Az