Cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 019 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 783 370 nəfər) kişi, 40,9 faizi (1 235 733 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5 faizini (741 096 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini (671 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (634 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (634 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1 faizini (336 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.