Bakı, 16 mart, AZƏRTAC
Yevlaxda ev yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, hadisə Yevlax rayonunun Aşağı Bucaq kəndində baş verib. Yanğın nəticəsində taxta konstruksiyalardan ibarət ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 4 otaqlı ev tamamilə yanıb. Evə bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunub. Alov saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.