[ 16 Mart 2015 01:27 ]
Xaçmaz. Vəli Turan – APA. Martın 15-i axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İsmayılov Rüfət Vladimir oğlunun idarə etdiyi “Mitsubişhi” markalı avtomaşınla 1990-cı il təvəllüdlü Xaçmaz rayon sakini Bəşirov Qurban Səftər oğlunun idarə etdiyi “Qazel” toqquşub.
Qəza nəticəsində “Mitsubişhi”nin sürücüsü R. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.